Gömrük Akademiyasında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
Gömrük Akademiyasında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Şuşanı fəth edən Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib.
Qəhrəmanlarla görüş “Şuşa İli”nə həsr olunan tədbirlər planı çərçivəsində təşkil edilib.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov şəhid və qazilərin tələbə-gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarının təbliği istiqamətində təşkil edilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyi vurğulanıb, azad olunan torpaqlarda böyük quruculuq işlərindən də danışılıb.
Sonra qazilərimiz - Əhliyət Mehdiyev, Cavid Həsənov, Əfqan Zaxmayev və İlqar Nurməmmədov keçdikləri döyüş yolundan, rəşadətli ordumuzun gücü sayəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsindən bəhs edərək müharibə ilə bağlı xatirələrini bölüşüblər.
Tədbirin sonunda qazilər tələbələrin suallarını cavablandırıblar.