Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Konteynerdə gömrük orqanına bəyan olunmayan 17 ədəd moped aşkar edilib

Konteynerdə gömrük orqanına bəyan olunmayan 17 ədəd moped aşkar edilib

Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda Çin Xalq Respublikasından gələn yük maşınının üzərindəki konteynerə baxış keçirilib.

Yoxlama zamanı konteynerdəki malların arasında gömrük bəyannaməsində göstərilməyən 17 ədəd “M 1” markalı elektromoped aşkar edilib. Həmin nəqliyyat vasitələri ölkə ərazisinə Bakı şəhərində qeydiyyatda olan hüquqi şəxs tərəfindən gətirilib.  

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Dekabr 2022 13:57
195