Dövlət Gömrük Komitəsində Moldova Respublikasının səfiri ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsində Moldova Respublikasının səfiri ilə görüş keçirilib
Dekabrın 26-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uzun illər ərzində uğurla inkişaf etdiyi vurğulanıb, müxtəlif istiqamətlər üzrə, o cümlədən gömrük sahəsində səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edilib.
O da qeyd olunub ki, gömrük orqanları arasında formalaşan işgüzar münasibətlər iqtisadi əlaqələrin gücləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artımı baxımından da mühüm əhəmiyyət daşıyır.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi