Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Spirtli içkilər, siqaretlər və xarici valyuta aşkar edilib
Spirtli içkilər, siqaretlər və xarici valyuta aşkar edilib
Gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.
Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunda gəmi ilə ölkəmizə daxil olan minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 84 ədəd spirtli içki və 1200 ədəd siqaret aşkar edilib.
Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun ixrac nəzarət xəttinə daxil olan “Volvo” markalı avtomobilin sürücüsünün üzərində yoxlama zamanı isə bəyan etdiyi 10000 ABŞ dollarından əlavə gömrük orqanına bəyan edilməyən 5340 ABŞ dolları aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
27 Dekabr 2022 11:20