Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mərkəzi Gömrük Hospitalında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən tədbir keçirilib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olub.

Qeyd edilib ki, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən Prezident İlham Əliyev diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.

Sonra DGK Tibbi Xidmət İdarəsi və bu qurumun Sanitar Karantin Xidməti, Elmi-Təcrübi və Tədris Mərkəzi, eləcə də Mərkəzi Gömrük Hospitalının 2022-ci ildə fəaliyyətləri barədə məlumat verilib.

Tədbirin sonunda isə Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının 2022-ci ildə fəaliyyətini əks etdirən slayd-şou və hospitalın həkimlərinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərindən ibarət çarx nümayiş olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Dekabr 2022 10:41
195