Gömrük Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub
Gömrük Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub
Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin tarixindən, əhəmiyyətindən, dünya azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs edib. 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan xalqının öz birliyini dünyaya bir daha layiqincə bəyan etdiyi vurğulanıb.
Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixini əks etdirən videoçarx nümayiş olunub. Tədbir Akademiya tələbələrinin ifasında bədii kompozisiya ilə davam edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi