DSX və DGK rəhbərliyi Sədərək, Culfa və Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqələrində olublar
DSX və DGK rəhbərliyi Sədərək, Culfa və Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqələrində olublar
Yanvarın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə hər iki qurumun nümayəndə heyətləri Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrində olublar.
Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə sərhədində yerləşən Sədərək, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Culfa və Şahtaxtı buraxılış məntəqələrində mövcud infrastrukturun vəziyyəti, əməkdaşların iş şəraiti ilə yaxından tanış olan qurum rəhbərləri xidmət səviyyəsinin daha da yüksəldilməsi, gömrük və sərhəd nəzarətinin səmərəli şəkildə reallaşdırılması, sərhədkeçmə proseslərinin sürətli həyata keçirilməsi, eləcə də beynəlxalq tranzitin daha da asanlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi