Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobilində külli miqdarda narkotik vasitə aşkar edilib

Yük avtomobilində külli miqdarda narkotik vasitə aşkar edilib

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstan Respublikasına “travertin daşları” yükü aparan “Mercedes-Benz” markalı yük avtomobili saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub. Bu zaman avtomobildə gizlədilmiş 65 ədəd bağlamada və 1 ədəd çay qutusunda ümumi çəkisi 2883,95 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

7 Yanvar 2023 18:55
195