Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsində Yaponiyanın səfiri ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində Yaponiyanın səfiri ilə görüş keçirilib

Yanvarın 9-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı işgüzar əlaqələrdən, o cümlədən gömrük sahəsində Yaponiya Gömrük Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən təlim proqramlarından bəhs edilib.

Görüşdə, həmçinin beynəlxalq tranzitin inkişafında “Orta Dəhliz”in əhəmiyyəti vurğulanıb, bu dəhlizin imkanlarının genişləndirilməsi istiqamətində Yaponiya tərəfindən səsləndirilən fikirlər ətrafında müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 

9 Yanvar 2023 20:26
195