Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında payız semestrinin imtahan sessiyası davam edir

Gömrük Akademiyasında payız semestrinin imtahan sessiyası davam edir

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi məqsədilə imtahan qərargahı yaradılıb.

Sessiya müddətində şikayətlərin araşdırılmasını təmin etmək üçün apelyasiya komissiyası da fəaliyyət göstərir.

Qeyd edək ki, 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası 01 fevral 2023-cü il tarixində yekunlaşacaq.

10 Yanvar 2023 12:20
195