Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Texniki nəzarət vasitələrindən istifadə qaydalarına dair təlim keçirilib

Texniki nəzarət vasitələrindən istifadə qaydalarına dair təlim keçirilib

Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün reaktiv maddələrin aşkarlanması, bu məqsədilə tətbiq edilən texniki nəzarət vasitələrindən istifadə qaydalarına dair təlim keçirilib.

Təlim Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən bu ölkənin Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməliyyatlar İdarəsinin dəstəyi ilə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda təşkil olunub.

“Agilent Texnologiyalar” şirkətinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə DGK-nın ərazi və ixtisaslaşmış idarələrinin əməkdaşları iştirak edib.

İki gün davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Yanvar 2023 14:50
195