Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim

“Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim

Dövlət Gömrük Komitəsində “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib.

Tədbir Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsi, Tibbi Xidmət İdarəsi və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Açılışda Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Vüqar Əsgərov  çıxış edərək bildirib ki, sözügedən tədbirin il ərzində DGK ilə yanaşı, ərazi ixtisaslaşdırılmış gömrük idarələrində də keçirilməsi nəzərdə tutulur. Vüqar Əsgərov narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizənin əhəmiyyətindən danışıb, tədbirin gömrükçülərin  maarifləndirilməsində və peşə biliklərinin  artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.

Tədbirdə narkotik vasitələr və psixotrop maddələrin istifadəsi,  cəmiyyətdə,həmçinin insan sağlamlığında yaratdığı problemlərlə bağlı da geniş məlumat verilib.

Daha sonra tədbir “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” ,  “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər”,  “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə” mövzularında təqdimatlarla davam edib.

Tədbir  çərçivəsində gömrükçülər   yeni növ sintetik narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və saxta dərmanların yaratdığı təhlükələr haqqında  yeni məlumatlar əldə ediblər.
Sonda gömrük əməkdaşlarını maraqlandıran suallar Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin həkimləri tərəfindən ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

14 Yanvar 2023 14:57
195