Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib

Gömrük Akademiyasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Akademiyanın kollektivi, tələbələr, ictimaiyyətin nümayəndələri, 20 yanvar hadisələrinin şahidləri "Könüllü gömrükçü" dəstəsinin üzvləri iştirak ediblər.   

Tədbirdə çıxış edənlər 33 il əvvəl Bakıda törədilən faciənin tarixindən söz açaraq 20 Yanvar gününün müstəqillik tariximizin qan yaddaşı olmaqla yanaşı, həm də şərəf və qürur səhifəsi, eyni zamanda Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıblar.

Tədbirdə 20 Yanvar hadisələri ilə bağlı şahidlərin xatirələri dinlənilib, videoçarx, tələbələrin hazırladığı bədii kompozisiya nümayiş etdirilib.

20 Yanvar 2023 15:01
195