Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Yanvarın 23-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Taeil Kang ilə görüşüb.

ÜGT ilə Azərbaycan gömrüyü arasındakı səmərəli və işgüzar əlaqələrdən bəhs edən Şahin Bağırov gömrük sahəsində müasir çağırışların, həllərin  və texnologiyaların öyrənilməsində beynəlxalq əməkdaşlığın mühüm rol oynadığını diqqətə çatdırıb. O da vurğulanıb ki, gömrük işinin elmi əsaslar, institusional yanaşmalar üzərində qurulması, qabaqcıl təcrübələrin öyrənilməsi və təbliğində ÜGT mühüm rol oynayır.  Görüşdə gömrük sistemində risklərin təhlili, dəyərin müəyyənləşdirilməsi, məlumatların analiz edilməsi və digər sahələrdə Azərbaycan gömrükçüləri üçün təlimlərin keçirilməsi, “Orta Dəhliz” üzrə yükdaşımalarda rəqəmsal həllərin tətbiqi hesabına tranzitin sadələşdirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinə diqqət çəkilib.

ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Taeil Kang təmsil etdiyi qurumla Azərbaycan gömrüyü arasındakı əlaqələrdən, ÜGT-nin ölkəmizdə yerləşən regional mərkəzlərinin fəaliyyətindən məmnunluqla bəhs edib, əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Yanvar 2023 14:45
195