Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edildi

Külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edildi

Uğurlu əməliyyat nəticəsində gömrükçülər külli miqdarda narkotik vasitələri qanunsuz dövriyyədən çıxarıblar. 

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusun sərnişininə məxsus çantaya baxış keçirilib. Bu zaman çantadakı şirniyyat və yuyucu vasitələr qutusunda xalis çəkiləri 2060 qram olan psixotrop maddə - metamfetamin və 4328 qram narkotik vasitə - heroin aşkarlanıb.

Daha sonra əməliyyat tədbirləri davam etdirilib, həmin narkotik vasitələri təhvil alan iki nəfər şəxs saxlanılıb və idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman  avtomobildən xalis çəkiləri 1,640 qram olan qurudulmuş marixuana və 1,82 qram tiryək, eyni zamanda, bu narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən 2 ədəd metal boru aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Yanvar 2023 11:59
195