Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesi izlənilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesi izlənilib

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesini izləyib, ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olublar.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov rəhbərlik etdiyi təhsil ocağında həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, tələbə qəbulu üzrə yüksək göstəricilərini qoruyub saxlayan Akademiyada təhsil prosesinin müasir metodlarla aparılmasına, tələbələrin şəxsiyyət kimi formalaşmasına xüsusi diqqət göstərilir.

Tədbirin gedişində Akademiyanın əməkdaşları tərəfindən tədrisin elektron idarəetmə sistemi və tələbələrin biliyinin qiymətləndirilməsinə dair təqdimat və videoçarx nümayiş etdirilib.  

Daha sonra Akademiyada yaradılan şərait, müasir texniki nəzarət vasitələri ilə təmin olunan auditoriyalar, yoxlama otağı, linqafon kabineti və tədris prosesi ilə tanış olan İctimai Şuranın üzvləri imtahan prosesinin şəffaf və obyektiv keçirildiyini vurğulayıblar.

Sonda İctimai Şuranın üzvlərinin tələbələrlə görüşü təşkil edilib, onları maraqlandıran suallar cavablandırılıb,  rəy və təkliflər dinlənilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Yanvar 2023 13:57
195