Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xeyli miqdarda aksiz markasız siqaretin realizə edilməsinin qarşısı alınıb

Xeyli miqdarda aksiz markasız siqaretin realizə edilməsinin qarşısı alınıb

Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.

Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş hissəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilin yük yerindəki böyük karton qutuların içərisindən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız 30.000 ədəd “Marlboro Gold Edge” adlı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 Fevral 2023 16:55
195