Gömrük Akademiyasında kibertəhlükəsizlik üzrə qış kampının açılış mərasimi keçirilib
Gömrük Akademiyasında kibertəhlükəsizlik üzrə qış kampının açılış mərasimi keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” təqaüd proqramı və “Coders Azerbaijan”ın birgə təşkilatçılığı ilə “Winter Cyber Security Camp 2023” layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə layihənin önəmindən söz açılıb, rəqəmsallaşmanın geniş vüsət aldığı bir dövrdə ölkəmizdə və dünyada kibertəhlükəsizlik məsələlərinin əhəmiyyətinin artdığı vurğulanıb. Eyni zamanda “Technest” təqaüd proqramı barəsində ətraflı məlumat verilib və qeyd olunub ki, proqramın əsas məqsədi İKT üzrə ölkədə kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud boşluqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir.
Layihədə Dövlət Gömrük Komitəsinin Akademiyasının 20 tələbəsi iştirak edəcək.
Qeyd edək ki, 1-14 fevral 2023-cü il tarixlərini əhatə edən kamp çərçivəsində iştirakçılar intensiv tədrisdə iştirak edərək nəzəri, praktiki bilik və bacarıqlar qazanacaq, təlimin yekununda qruplar şəklində layihə hazırlayıb təqdim edəcəklər.