Dövlət Gömrük Komitəsində elan edilmiş daxili müsabiqənin “Situativ və panel müsahibə” mərhələsi keçirilib
Dövlət Gömrük Komitəsində elan edilmiş daxili müsabiqənin “Situativ və panel müsahibə” mərhələsi keçirilib
Dövlət Gömrük Komitəsində vakant vəzifələrin şəffaflıq və obyektivlik prinsipləri əsasında tutulması məqsədilə təşkil edilən daxili müsabiqənin “Situativ və panel müsahibə” mərhələsi keçirilib.
Qeyd edək ki, daxili müsabiqə gömrük orqanlarında karyera yüksəlişi və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində müvafiq standartların və dəyərlər sisteminin formalaşdırılması, potensiallı və səriştəli kadrların müəyyən edilməsi, vakant vəzifələr üzrə kadr ehtiyacının ödənilməsi məqsədilə təşkil olunub.
Daxili müsabiqənin “Situativ və panel müsahibə” mərhələsində 50 gömrük əməkdaşı iştirak edib. Komissiya üzvləri tərəfindən müsahibə iştirakçılarının nəzəri bilikləri, məsuliyyət, liderlik, yeniliklərə açıq olmaq və prioritetləri təyin etmək bacarıqları qiymətləndirilib.
Qeyd edək ki, “Situativ və panel müsahibə” mərhələsini müvəffəqiyyətlə başa vuran əməkdaşlar müsabiqədən uğurla keçmiş hesab olunurlar.