Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Qida məhsulları daşıyan avtomobilin soyuducusunda siqaretlər aşkar edilib

Qida məhsulları daşıyan avtomobilin soyuducusunda siqaretlər aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Rusiya Federasiyası istiqamətindən idarənin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi və hazır qida məhsullarını daşıyan avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindəki soyuducuda gizlədilmiş müxtəlif adda 3050 qutu siqaret aşkar edilib.  

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Fevral 2023 14:45
195