Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan nümayəndə heyəti növbəti görüşünü keçirib

Azərbaycan nümayəndə heyəti növbəti görüşünü keçirib

Fevralın 9-da beynəlxalq “Zəkat, Vergi və Gömrük Konfransı” çərçivəsində Azərbaycan nümayəndə heyəti növbəti görüşünü Estoniya Vergi və Gömrük Şurasının baş direktoru Raigo Uukkivi ilə keçirib.

Görüşdə iki ölkənin gömrük orqanları arasındakı mövcud əlaqələrdən məmnunluqla bəhs edilib, qarşılıqlı faydalı layihələr barədə müzakirələr aparılıb. Eyni zamanda Estoniya gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərin, hər iki qurumun qabaqcıl təcrübələrinin öyrənilməsi və paylaşılması barədə ilkin razılıq əldə olunub.

Həmçinin Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regioal Ofisində Estoniya gömrüyünün daimi təmsilçisinin mümkün fəaliyyətinin əhəmiyyəti vurğulanıb və əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.  

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Fevral 2023 13:39
195