“Elektron hesab səhifəsi” xidməti ilə bağlı biznes nümayəndələri məlumatlandırılıb
“Elektron hesab səhifəsi” xidməti ilə bağlı biznes nümayəndələri məlumatlandırılıb
Gömrük sistemində son dövrlərdə tətbiq edilən yeniliklər və layihələr, gömrük işinin təşkili prosesində həyata keçirilən təkmilləşdirmələr, xüsusilə pilot variantda tətbiqinə başlanan “Elektron hesab səhifəsi” xidməti ilə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, onların fikir və rəylərinin öyrənilməsi məqsədilə fevralın 22-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilib. Palata üzvlərinin və Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi görüşdə gömrük xidmətinin strateji hədəfləri, tətbiq edilən yeniliklər və layihələr, “Elektron hesab səhifəsi” xidməti barədə təqdimat nümayiş olunub, iştirakçılar ətraflı məlumatlandırılıb. Görüşdə, həmçinin “Elektron hesab səhifəsi” elektron xidmətindən istifadə qaydaları onlayn rejimdə izah edilərək layihənin faydaları barədə məlumat verilib.
Sonda iştirakçıların fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi