Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasında ÜGT Virtual Reallıq Təlim Proqramının təqdimatı keçirilib

Gömrük Akademiyasında ÜGT Virtual Reallıq Təlim Proqramının təqdimatı keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Komitə aparatının struktur bölmələrinin rəhbərləri üçün ÜGT-nin Virtual Reallıq Təlim (VRT) Proqramının təqdimatı keçirilib.

Dövlət Gömrük Komitəsinin Akademyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Koreyanın “HO Entertainment Corp” şirkəti tərəfindən təchiz edilən “ÜGT Virtual Reallıq Təlim Proqramı” barəsində məlumat verib, VRT avadanlığıının ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində və Gömrük Akademiyasında quraşdırıldığını bildirib. Həmçinin Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələri və layihələri barəsində geniş təqdimat nümayiş etdirilib.

Daha sonra təlimçilər VR texnologiyasını tətbiqi hesabına konteynerlər üzərində fiziki yoxlamanın əsas prosedurlarını öyrənməsini dəstəkləmək məqsədilə təşkil olunan “ÜGT Virtual Reallıq Təlim Proqramı” barəsində ətraflı məlumat veriblər.

Qeyd edək ki, VRT Proqramı ÜGT Baş Qərargahında Koreyanın Gömrük Əməkdaşlıq Fondunun dəstəyi ilə ingilis və fransız dillərində yaradılıb.

22 Fevral 2023 21:30
195