Xarici ticarət iştirakçıları ilə daha bir görüş Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində olub
Xarici ticarət iştirakçıları ilə daha bir görüş Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində olub
Fevralın 24-də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib.
Görüşdə son dövrlərdə gömrük sistemində həyata keçirilən yeniliklər, layihələr barədə ətraflı məlumat verilib. Həmçinin məmnunluq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə gömrük orqanları tərəfindən xarici ticarət iştirakçıları, gömrük təmsilçiləri arasında keçirilən anonim sorğunun nəticələri də geniş müzakirə edilib.
Sahibkarların məlumatlandırılması, fikir və rəylərinin öyrənilməsi məqsədilə təşkil edilən görüşdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin məsul əməkdaşları tərəfindən xarici ticarət iştirakçılarını və gömrük təmsilçilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi