Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün təlimlər keçirilib

Gömrük əməkdaşları üçün təlimlər keçirilib

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi əməkdaşları üçün etik davranış qaydalarının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində məlumatlılıqlarının artırılması, fəaliyyət istiqamətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlər keçirilib. Təlimlərdə gömrük əməkdaşlarına Virtual Reallıq Proqramından istifadə qaydaları, Korrupsiya və onunla mübarizə sahəsində milli və beynəlxalq təcrübə, bəyanetmə və rəsmiləşdirmə, etik davranış, əqli mülkiyyət mövzularında təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb.

2 gün davam edən təlimlərdə ərazi və ixtisaslaşmış gömrük orqanlarında xidmət edən 130-dan çox gömrük əməkdaşı iştirak edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Fevral 2023 11:44
195