Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsinin kollektivi Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanını ziyarət ediblər. Ziyarət çərçivəsində Dövlət Bayrağı Meydanındakı Xocalı faciəsi qurbanlarına həsr olunmuş “Xatirə kompleksi” abidəsinin önünə tər güllər qoyulub, Xocalı soyqırımında həlak olanların xatirəsi ehtiramla yad edilib.

Sonra gömrük əməkdaşları Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Ana” tamaşasını izləyiblər.

25 Fevral 2023 14:02
195