Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK nümayəndə heyəti “Privalka” buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olublar

DGK nümayəndə heyəti “Privalka” buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olublar

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Belarus Respublikasına səfəri çərçivəsində Qrodno Regional Gömrük İdarəsinin Litva ilə sərhəddə yerləşən “Privalka” buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olublar. Məntəqədə həyata keçirilən rəsmiləşdirilmə, gömrük nəzarəti, qeydiyyat mərhələləri, həmçinin sərhədkeçmə proseslərinin asanlaşdırılması və sürətləndirilməsi, informasiya texnologiyalarının, rəqəmsal həllərin tətbiqi ilə bağlı prosedurlar əyani şəkildə izlənilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 Mart 2023 15:04
195