Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sahibkarlarla növbəti görüş Mərkəzi Gömrük Ekspertizası İdarəsində təşkil olunub

Sahibkarlarla növbəti görüş Mərkəzi Gömrük Ekspertizası İdarəsində təşkil olunub

Mərkəzi Gömrük Ekspertizası İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.

50-dək sahibkarın və gömrük təmsilçisinin qatıldığı tədbir gömrük-biznes münasibətlərində məmnunluq səviyyəsinin artırılması, əlçatanlığın təmin olunması, gömrük sistemində tətbiq edilən, eyni zamanda gələcəkdə reallaşdırılacaq yeniliklərlə bağlı sahibkarların   məlumatlandırılması, fikir və rəylərinin öyrənilməsi məqsədilə təşkil edilib.

Görüşdə son dövrlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələrlə bağlı məlumat verilib, həmçinin sahibkarların vaxt və vəsait itkisinin aradan qaldırılmasına, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə şərait yaradan “Məcburi qərarlar” layihəsi ilə bağlı xüsusi təqdimat nümayiş etdirilib, biznes nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Mart 2023 14:20
195