Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib

“Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib

Martın 11-də Dövlət Gömrük Komitəsində fəaliyyətlərini başa vuran 8-ci “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.

Bu məqsədlə “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüşən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətinin, könüllülük hərəkatının formalaşması və inkişafına göstərilən dəstəyin gənc nəslin layiqli vətəndaş, hərtərəfli biliklərə malik olan mütəxəssis kimi yetişməsindəki rolundan danışıb.  Könüllü gömrükçülərin Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində, eləcə də onların iqtisadi həyatda, sosial və ekoloji istiqamətlərdə fəaliyyətlərinin əhəmiyyəti vurğulanıb.

Könüllü gömrükçülər çıxış edərək gənclərin hərtərəfli inkişafına mühüm imkanlar yaradan könüllülük hərəkatının formalaşdırılmasına görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonda 8-ci “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 Mart 2023 13:46
195