Dövlət Gömrük Komitəsinin sədri qırğız həmkarı ilə görüşüb
Dövlət Gömrük Komitəsinin sədri qırğız həmkarı ilə görüşüb
Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Komitəsinin sədri Samat İsabekovla Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov arasında martın 14-də görüş keçirilib.
Görüşdə iki ölkə arasındakı mehriban dostluq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib, həmçinin gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə layihənin Orta Dəhlizin cəlbediciliyinin artırılması, əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tranzitin və ticarətin asanlaşdırılmasında mühüm rol oynayacağı diqqətə çatdırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi