Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrükçü idmançımız 2-ci dəfə dünya rekorduna imza atıb

Gömrükçü idmançımız 2-ci dəfə dünya rekorduna imza atıb

Misir Ərəb Respublikasının Hurghada şəhərində "Pauerliftinq" idman növü üzrə dünya çempionatında Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin əməkdaşı Ramin Süleymanzadə qızıl medal qazanıb və dünya rekordunu 2-ci dəfə təzələyib. 60 kq çəkidə yarışlarda iştirak edən Ramin Süleymanzadə "Pauerliftinq" idman növünün "Squat" hərəkətində 190 kq, "Benchpress" hərəkətində 120 kq və "Deadlift" hərəkətində 220 kq qaldıraraq yeni dünya rekorduna imza atıb. Həmçinin idmançımız 3 hərəkətin cəmində 530 kq toplayaraq yeni dünya rekorduna adını yazdırıb.

Qeyd edək ki, Ramin Süleymanzadə Vətən müharibəsinin iştirakçısıdır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 Mart 2023 14:41
195