Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mərkəzi Gömrük Hospitalında Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım barədə ətraflı məlumat verilib.

O da qeyd olunub ki, 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılmasına ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib.

Tədbirdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sənədli film nümayiş olunub.

31 Mart 2023 21:43
195