Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərlə görüş keçirilib

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərlə görüş keçirilib

Aprelin 6-da Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərlə görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin, Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətlərinin Assosiasiyasının nümayəndələri və gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər iştirak edib.

Tədbir Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanan "Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsinə dair Metodika” sənədi barədə iştirakçıların məlumatlandırılması məqsədilə təşkil olunub.

Bildirilib ki, bu sənəddən irəli gələrək gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsinə başlanılıb və proses sistem vasitəsilə avtomatik qaydada həyata keçiriləcək.

Gömrük əməkdaşları tərəfindən iştirakçılara Metodikanın müddəaları və əsas mahiyyəti barədə məlumat verilərək bildirilib ki, sənəd gömrük bəyannamələrinin tərtib edilməsi zamanı keyfiyyət göstəricilərinin artırılması və biznes subyektlərinin əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına şərait yaradacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Aprel 2023 18:14
195