Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ağalı kəndinin sakinlərinə maarifləndirici təlimlər keçirilib

Ağalı kəndinin sakinlərinə maarifləndirici təlimlər keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları tərəfindən Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş "İlan, əqrəb və həşarat dişləmələri və müxtəlif zədələnmələr zamanı ilk yardım" mövzusunda təlim keçirilib. 

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi şəxsi ilə birgə təşkil edilən təlimlərdə Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının mütəxəssisləri "İlk yardım-Təməl həyat dəstəyi" mövzusunda təqdimatla çıxış ediblər, nəzəri və praktiki məlumatlar paylaşıblar.

7 Aprel 2023 17:36
195