Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dərman vasitələri aşkar edilib

Dərman vasitələri aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçməklə Rusiya Federasiyasından Türkiyə Respublikasına “gigiyenik vasitələr” yükünü daşıyan nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerindən mal müşayiət sənədlərində göstərilməyən, gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formada bəyan edilməyən 9990 qutuda, 325 paketdə, 42 plastik qabda, 761 flakonda qablaşdırılan 27 müxtəlif adda dərman vasitələri, həmçinin üzərində heç bir yazı qeyd olunmayan 637 flakon maye, üzərində “Neofin” yazısı olan 400 qutu və hər hansı yazı olmayan 350 ədəd karton kağız, 320 ədəd üzərində yazı olmayan şəffaf plastik qablar, üzərlərində “Neofin/ Neofin”, “Neofin Aqua”, ‘www.neofın.bio vertification” yazıları olan 16 rulon stikerlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 Aprel 2023 12:25
195