Növbəti daxili müsabiqə keçiriləcək
Növbəti daxili müsabiqə keçiriləcək
Dövlət Gömrük Komitəsinin aparatı, Komitənin strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlar üzrə vəzifə dəyişikliyində və vəzifədə irəli çəkilmə zamanı şəffaflığın, rəqabətliliyin təmin olunması, gömrük sistemində çalışan potensiallı, zəruri səriştələrə malik kadrların müəyyənləşdirilərək vakant vəzifələr üzrə kadr ehtiyaclarının səmərəli qaydada təmin edilməsi, ehtiyat kadr bazasının formalaşdırılması prioritet hədəflərdən biridir.
Bu məqsədlə Komitə sistemində mövcud olan vakant inspektor, böyük inspektor və baş inspektor vəzifələrinin tutulması ilə bağlı növbəti daxili müsabiqə elan edilir.
Müsabiqə 4 mərhələdən ibarətdir və qeydiyyat prosesi 2023-cü il 1 iyun tarixində başlayacaq.
Xatırladaq ki, ilk müsabiqədə 35 gömrük əməkdaşı uğur qazanıb və onlardan 27-si daha yuxarı vəzifəyə təyin olunub, 8 gömrük əməkdaşı isə Komitənin ehtiyat kadrlar siyahısına daxil edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi