Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Heydər Əliyev və Azərbaycan Respublikasında Konstitusiya quruculuğu” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev və Azərbaycan Respublikasında Konstitusiya quruculuğu” mövzusunda tədbir keçirilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük əməkdaşlarının, “Könüllü gömrükçü” dəstəsi üzvlərinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan Respublikasında Konstitusiya quruculuğu” mövzusunda tədbir keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti Fəxrəddin Nağıyev mövzu ilə bağlı çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərindən danışıb. Bildirilib ki, Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası Ulu öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi  istiqamətində ən böyük xidmətlərindən biridir. Konstitusiyanın müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri əhatə edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd olduğu diqqətə çatdırılıb.

Tədbirin sonunda  ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

10 Aprel 2023 16:23
195