Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK-nın komandası yarımfinala vəsiqə qazanıb

DGK-nın komandası yarımfinala vəsiqə qazanıb

Dövlət Gömrük Komitəsinin komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin 1/4 mərhələsində növbəti qələbəsini qazanıb.

Aprelin 16-da Dövlət Gömrük Komitəsinin komandası Azərbaycan Dəmir Yolları QSC-nin komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun Dövlət Gömrük Komitəsinin komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Yarımfinal mərhələsinin oyunları aprelin 30-da keçiriləcək. Dövlət Gömrük Komitəsinin komandası Dövlət Təhlükəsizlik Xidmətinin komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən və 52 dövlət qurumunun iştirak etdiyi minifutbol turniri 2022-ci il noyabrın 18-dən start götürüb, 2023-cü il mayın 7-də başa çatacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Aprel 2023 17:31
195