Gömrük orqanları arasında futzal idman növü üzrə çempionat keçirilir
Gömrük orqanları arasında futzal idman növü üzrə çempionat keçirilir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə aprelin 17-də gömrük orqanları arasında futzal idman növü üzrə ənənəvi çempionata start verilib.
Əl Oyunları İdman Sarayında keçirilən yarışlarda gömrük xidmətinin müxtəlif qurumlarını təmsil edən, ümumilikdə 16 komanda dörd qrupda mübarizə aparır.
Yarışların təşkilində məqsəd gömrükçülərin sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsidir.
Çempionatın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, insanların fiziki və mənəvi inkişafında idmanın mühüm rol oynadığını vurğulayıb, iştirakçılara uğurlu nəticələr arzulayıb.
Qeyd edək ki, oyunlar 4 mərhələdə təşkil ediləcək. Aprelin 17-dən 21-dək çempionatın birinci mərhələsi, 25-də ikinci mərhələsi, 29-da üçüncü mərhələsi, mayın 10-da isə final oyunu keçiriləcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi