Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin sədri ilə biznes nümayəndələri arasında növbəti görüş keçirilib

Dövlət Gömrük Komitəsinin sədri ilə biznes nümayəndələri arasında növbəti görüş keçirilib

Aprelin 19-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə Caspian Energy Club-un üzvləri arasında görüş keçirilib. Görüşdə neft və qeyri-neft sektorunu təmsil edən 120-dən çox dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edib.

Caspian Energy Club-un İdarə Heyətinin sədri Telman Əliyev gömrük-biznes əməkdaşlığının əhəmiyyətindən danışıb, bu baxımdan gömrük orqanları ilə rəhbərlik etdiyi qurumun üzvləri arasında səmərəli və işgüzar münasibətlərin qurulduğunu bildirib.

Tədbirdə xüsusi təqdimatla çıxış edən Komitə sədri gömrük işi sahəsində sahibkarlıq subyektlərinə əlçatan gömrük alətləri, rasional gömrük prosedurları, sahibkar məmnunluğunu təmin edən vasitələr, bu istiqamətdə həyata keçirilən proqramlar barədə məlumat verib, gömrük-biznes əməkdaşlığının, qarşılıqlı etimadın daha da gücləndirilməsi, fəaliyyətin könüllü riayət prinsipi əsasında qurulması ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Aprel 2023 16:41
195