Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Təlim Akademiyasının (NEA) nümayəndələri ölkəmizdə səfərdədir.

Aprelin 25-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bu sahədə potensialın gücləndirilməsi  istiqamətində əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişafına dair görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin müxtəlif bölmələrinin 40-dan çox əməkdaşı iştirak edib.

Görüşdə DGK ilə NEA arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, işgüzar əlaqələrin, xüsusilə narkotiklərlə mübarizə sahəsində təcrübə mübadiləsinin daha da gücləndirilməsinin vacibliyindən bəhs olunub. Həmçinin narkotiklərə qarşı mübarizə fəaliyyəti və Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin gündəlik iş prosesi ilə bağlı təqdimatlar nümayiş etdirilib.

Qeyd edək ki, NEA nümayəndələri ilə Dövlət Gömrük Komitəsinin Akademiyası və Kinoloji Mərkəzində görüşlərin təşkil edilməsi də nəzərdə tutulur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Aprel 2023 18:52
195