Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Sumqayıt Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Sumqayıt Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Aprelin 26-da Sumqayıt Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş  keçirilib.

Görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər, gömrük-biznes münasibətlərində məmnunluq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verilib. Həmçinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciətlərin göndərilməsi zamanı iş prosesində səmərəliliyin artırılması və gecikmə hallarının qarşısının alınması ilə bağlı geniş müzakirələr aparılıb, bu istiqamətdə görülən tədbirlərdən ətraflı bəhs edilib.

Tədbirin sonunda xarici ticarət iştirakçılarının fikir və rəyləri öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Aprel 2023 17:08
195