Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

ÜTT-də Azərbaycan üzrə işçi qrupunun sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

ÜTT-də Azərbaycan üzrə işçi qrupunun sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Aprelin 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümumdünya Ticarət Təşkilatında (ÜTT) Azərbaycan üzrə işçi qrupun sədri, Türkiyənin ÜTT yanındakı daimi nümayəndəsi  Alpaslan Acarsoyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə son dövrlərdə gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər barədə məlumat verilib, prosedurların optimallaşdırılması, şəffaflıq, rəqəmsallaşma, maliyyə dayanıqlılığı, etibarlı hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsi, gömrük dəyərinin formalaşdırılması, risk platformasının tətbiqi istiqamətində atılan addımlardan bəhs olunub, təqdimat nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 Aprel 2023 15:07
195