Naxçıvan Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib
Naxçıvan Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib
Naxçıvan Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib. Gömrük əməkdaşları əvvəlcə Dahi Liderin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Qonaqlara Heydər Əliyev Muzeyinin zəngin ekspozisiyası barədə geniş məlumat verilib.
Naxçıvan Baş Gömrük İdarəsinin akt zalında davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında və gömrük xidmətinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
Tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.