Yaponiyanın xarici işlər nazirinin parlament üzrə müavini ilə görüş keçirilib
Yaponiyanın xarici işlər nazirinin parlament üzrə müavini ilə görüş keçirilib
Mayın 5-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Yaponiyanın xarici işlər nazirinin parlament üzrə müavini, xanım Yuumi Yoşikavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında dostluq münasibətlərindən, iqtisadi-ticari əlaqələrdən bəhs edilib, o cümlədən gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş” layihəsinin hazırlanması, ilkin məlumat və təcrübə mübadiləsi, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu ölkələrin "vahid tranzit portalı"nın yaradılması, eləcə də informasiya texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi