Bakı Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib
Bakı Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib
Mayın 5-də Bakı Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, Ulu Öndərin uzaqgörən siyasətinin, yüksək idarəçilik qabiliyyətinin Azərbaycanın inkişafı və çiçəklənməsindəki misilsiz rolundan bəhs edib. Qeyd olunub ki, tarixin yetişdirdiyi nadir şəxsiyyətlərdən hesab olunan Ulu Öndər Heydər Əliyevi xalqımız heç vaxt unutmayacaq, dahi rəhbər daim qəlblərdə yaşadacaq.
Həmçinin bildirilib ki, digər dövlət təsisatları ilə yanaşı, gömrük orqanlarının da formalaşmasında müstəsna rol oynayan Ulu Öndər daim gömrük xidmətinin fəaliyyətini diqqətdə saxlayıb, onun Azərbaycanın milli və iqtisadi təhlükəsizliyimizin təmin olunmasında əhəmiyyətli rol oynayıb.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi