Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turniri başa çatıb
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turniri başa çatıb
Mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turniri başa çatıb. Dövlət Gömrük Komitəsinin komandası 52 dövlət qurumu arasında 4-cü olub.
Üçüncülük uğrunda keçən mübarizədə Dövlət Gömrük Komitəsinin komandası Azərbaycan Dövlət Neft Şirkətinin komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Azərbaycan Dövlət Neft Şirkətinin komandası Dövlət Gömrük Komitəsinin komandasını 1:0 hesabı ilə məğlub edərək turnirin üçüncüsü olub.
Turnirin qızıl medalını isə Fövqəladə Hallar Nazirliyinin komandası qazanıb. Dövlət Təhlükəsizlik Xidmətinin komandası ikinciliklə kifayətlənib.
Sonda qalib komandaların mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən və 52 dövlət qurumunun iştirak etdiyi minifutbol turniri 2022-ci il noyabrın 18-dən start götürmüşdü.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi