Baş Gömrük Mühafizə Xidmətində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib
Baş Gömrük Mühafizə Xidmətində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Gömrükçülər Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video, fotoarxiv sənədlər və müxtəlif eksponatlarla tanış olublar.
Sonra Baş Gömrük Mühafizə Xidmətində Ulu Öndərin 100 illiyi münasibətilə tədbir keçirilib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Tədbirdə Ümummilli Liderin müstəqil Azərbaycanın tarixindəki müstəsna xidmətləri ilə yanaşı, zəngin dövlətçilik təcrübəsi haqqında geniş məlumat verilib. Ulu Öndərin müəyyənləşdirdiyi mükəmməl inkişaf konsepsiyasından, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşdırılması, eyni zamanda gömrük xidmətinin yenidən qurulması və inkişafındakı xüsusi xidmətlərindən bəhs edilib.
Sonda Ümummilli Lider Heydər Əliyevdən bəhs edən video-çarx nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi