Mərkəzi Gömrük Hospitalında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Ulu Öndər Heydər Əliyevin öz fəaliyyətində həmişə Vətənimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə nail olduğunu, onun tərəqqisi üçün var qüvvəsi ilə çalışdığını bildirib. Ulu öndər Heydər Əliyevin səhiyyə sistemi ilə yanaşı, gömrük orqanlarının yaradılması və inkişafı istiqamətindəki xidmətləri xüsusi vurğulanıb, hazırda bütün sahələrdə təməli Ümumilli Lider tərəfindən qoyulmuş siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.