Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi, eləcə də gömrük sisteminin inkişafı və formalaşması istiqamətində həyata keçirdiyi islahatlar barədə məlumat veriblər.

Həmçinin Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını, onun uzaqgörən və müdrik siyasətini keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi, gərgin əməyi və yorulmaz fəaliyyəti ilə ölkəmizdə aparılan islahatlar və əldə olunan böyük nailiyyətlərdən bəhs edilib.  

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 May 2023 21:09
195